Modern.az

Ukraynada ölənlərin sayı 102-yə çatdı

Ukraynada ölənlərin sayı 102-yə çatdı

Təhsil

11 Mart 2014, 16:35

Ukraynada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 102 nəfərə çatıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb: “Operativ məlumatlara görə 2013-cü il noyabrın 30-dan Ukrayna ərazisində keçirilən etiraz aksiyalarında 102 nəfər dünyasını dəyişib”.

Bundan başqa, aksiya müddətində tibbi yardım üçün 1221 nəfər xəsarət alan müraciət edib, onların 795-i xəstəxanalara yerləşdirilib. Kiyevin səhiyyə müəssisələrində hazırda 179 nəfər müalicə olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...