Modern.az

“Azərbaycandan Rusiyaya gələn miqrantların sayı 27 faiz azalıb”

“Azərbaycandan Rusiyaya gələn miqrantların sayı 27 faiz azalıb”

Təhsil

13 Mart 2014, 00:45

Rusiyaya MDB ölkələrindən miqrant axını azalıb. APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib.

K. Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib: “Hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib. Bununla yanaşı Özbəkistandan gələn miqrantlar (-33%), Qırğızıstandan (-28,7%), Azərbaycandan (-27,6%), Tacikistandan (-23,4%), Moldovadan (-23,4%) azalıb.  

Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan (+82%), Cənubi Koreyadan (+71,8%), ABŞ-dan (+38,6%), Yaponiyadan (+37%), Niderlandan (+36%) gələn miqrantların sayı artıb”.   

Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı