Modern.az

Bir ay ərzində Azərbaycan nə qədər neft ixrac edir?

Bir ay ərzində Azərbaycan nə qədər neft ixrac edir?

Təhsil

13 Mart 2014, 09:45

 2014-cü ilin fevral ayı ərzində 2 milyon 252 min 897 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.


Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu həcmin 1 milyon 642 min 408 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən 2014-cü il mart ayının 1-ə qədər Ceyhan limanından 237 milyon 326 min 97 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı