Modern.az

Yoxa çıxan təyyarənin düşdüyü yer bilindi

Yoxa çıxan təyyarənin düşdüyü yer bilindi

Təhsil

13 Mart 2014, 10:45

Malayziya hava yollarına məxsus qəzaya uğrayan təyyarənin aqibəti ilə bağlı Çin hökuməti yeni açıqlama verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çinə məxsus peyk Cənubi Çin dənizində qəzaya aid bir görüntü yaxalayıb. Peykin qeydlərini qiymətləndirən Çin Elm Akademiyası görüntünün Boeing 777-ə aid ola biləcəyini açıqlayıb. CNN-nin xəbərində isə bildirilir ki, dənizdə 3 böyük hissə görünüb. Martın 9-da alınan qeydlərin 239 adamın olduğu təyyarənin itkin düşməsindən bir gün sonraya aid olduğu bildirilir. Çin hökumətinin verdiyi məlumatın ardından bölgəyə İndoneziya dəniz qüvvələrinə aid araşdırma gəmiləri göndərilib.

 

Gülşən Raufqızı    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı