Modern.az

Komadan çıxmış tanınmış jurnalistin səhhəti yaxşılaşır

Komadan çıxmış tanınmış jurnalistin səhhəti yaxşılaşır

Təhsil

13 Mart 2014, 11:45


“Zülfüqar artıq palataya köçürülüb, vəziyyəti də get-gedə düzəlir”. Bunu Modern.az-a açıqlamasında “Caspian Hospital”ın həkim anestezioloq-reanimatoloqu Səlimə Səfərova Zülfüqar Rüfətoğlunun sağlıq durumu barədə danışarkən deyib.

Xatırladaq ki, Z. Rüfətoğlu şəkərinin qalxması, vəziyyətinin ağırlaşması səbəbindən “Caspian Hospital” klinikasına yerləşdirilib. Orada müalicə alır. Əməliyyat olunan jurnalist bir neçə gün əvvəl komadan çıxmışdı.

 

  Misranə Həsənzadə      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!