Modern.az

Putin bütün Ukraynanı işğal etmək istəyir

Putin bütün Ukraynanı işğal etmək istəyir

Təhsil

13 Mart 2014, 11:54

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın tamamilə işğal etməyi planlaşdırır”. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk bəyan edib. Onun sözlərinə görə, Putinin birinci ssenarisi Krımı bu və başqa formada ələ keçirməkdir: “Ancaq o daha da irəli gedə bilər. Rusiyanın başqa ssenarisi də var, bu bütün Ukraynanı, eləcə də paytaxt Kiyevi  necə işğal etməklə bağlıdır. Hər şey onun şəxsi məqsədindən asılıdır. O bir neçə il əvvəl deyib ki, ötən yüzilliyin ən böyük fəlakəti, bu, Sovet İttifaqının dağılmasıdır. Mən isə deyərdim ki, bu əsrin ən böyük fəlakəti Sovet İttifaqının bərpası olardı”.

Bununla belə, Yatsenyuk Ukraynanın böhrandan çıxarılması ilə bağlı ABŞ və Avropa İttifaqının dəstəyindən razıdır: “Biz Amerika xalqının, prezidentin və ABŞ hökumətinin Ukrayna xalqına bu dəstəyini çox yüksək qiymətləndiririk”.

 

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı