Modern.az

Şəhadətnamə ilə kollecə qəbul olmaq imkanı yarandı

Şəhadətnamə ilə kollecə qəbul olmaq imkanı yarandı

Təhsil

13 Mart 2014, 12:07

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həmin təhsil pilləsini cari ildə bitirən şagirdlərin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib. TQDK bir daha abituriyentlərin nəzərinə çatdırb ki, buraxılış imtahanı 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Buraxılış imtahanı 2 fənn üzrə - ana dili və riyaziyyatdan aparılacaq. Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq.

Qeyd edək ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün kolleclərə ərizə qəbulu eyni vaxtda aparılacaq. Həmçinin xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər üçün qabiliyyət imtahanlarına qeydiyyat və həmin imtahanların keçirilməsi eyni vaxtda təşkil olunacaq.

 

  Gültəkin  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı