Modern.az

Kiyevdə banka hücum edənlər təslim oldular

Kiyevdə banka hücum edənlər təslim oldular

Təhsil

13 Mart 2014, 12:10

Kiyevin Peçerski rayonundakı banka hücum cəhdi göstərən 38 silahlı şəxs saxlanılıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyinin Kiyevdəki baş idarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlum olduğu kimi keçmiş prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçə məxsus Ukrayna “Biznes Bankı”ın şöbəsinə onlarla maskalı silahlı şəxs yerli vaxtla gecə saat 2 radələrində daxil olub. Onlar mühafizəçiləri binadan çıxararaq pul saxlanan əraziyə girməyə cəhd ediblər. Maydanın özünümüdafiə dəstəsinin nümayəndələri ilə danışıqlardan sonra basqınçılar təslim olmağa razılaşıblar. Onlardan bir neçə ədəd Kalaşnikov avtomatı, onlarla Makarov tipli tapança və “Sayqa” ov tüfəngi götürülüb.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı