Modern.az

Beynəlxalq Bakalavriat Proqramının təqdimat mərasimi keçirilib

Beynəlxalq Bakalavriat Proqramının təqdimat mərasimi keçirilib

Təhsil

13 Mart 2014, 12:34


Bu gün 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbiri açan Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, dövlət məktəblərində ödənişli əsaslarla beynəlxalq təhsil tətbiq oluna bilər.

BBP-nin tətbiq olunduğu ilk dövlət tədris ocağı olan 6 nömrəli məktəb-liseyinin XI sinif şagirdləri beynəlxalq qiymətləndirmə əsasında diplom alaraq dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanacaqlar. Eyni zamanda Məktəb-lisey MDB ölkələri üzrə BBP məktəbləri assosasiyasının üzvüdür.” 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova çıxış edərək qeyd edib ki, “Əsas məqsədimiz Beynəlxalq Bakalavriat Proqramı ilə təhsil alan şagirdlərin, yəni ilk məzunlarımızın təqdimatı ilə bağlıdır. Bu məktəb-liseydə Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Proqramın tədrisi ilə bağlı müraciət etdik.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Təhsil və Maliyyə nazirliklərinin dəstəyi ilə 2011-ci ildən Bu məktəb-liseydə BBP tətbiq olunub. BBP çərçivəsində təhsil 3 mərhələyə (PYP-ibtidai təhsil, MYP-V-IX siniflər, DP-Diplom proqramı, X-XI siniflər) bölünür. Müəllimlərimizə gəldikdə xarici müəllimlərin dəvətini qəbul etdik. Şagirdlərin də istəyi ilə xarici müəllimləri dəvət etməyə başladıq. Əsasən Tarix fənni üzrə və daha sonra digər fənn müəllimlərini də dəvət etdik. Öz müəllimlərimiz asistent kimi fəaliyyət göstərirlər. Hesab edirəm ki, bir-iki ildən sonra bizim artıq xarici müəllimlərə ehtiyacımız olmaz. BBP üzrə tədrisin ingilis dilində aparılması bütün ölkələrdən olan şagirdlərin əməkdaşlıq və ünsiyyət imkanlarını artırır. İngilis dilindən əlavə, BBP-də fransız, alman, çin və rus dillərində də tədris olunur. Buran; bitirən şagirdlər yalnız xarici qiymətləndirmə ilə diplom almaq hüququ qazanırlar. Müəllimlər hər 3 ildən bir təkmilləşmə kurslarından keçirəcəklər. Məktəb-lisey isə 5 ildən bir yoxlamadan keçəcək. Şagirdlər ixtisaslaşmış 6 fənn üzrə təhsil alırlar. Bu fənlər maksimum 7 ballıq sistemlə qiymətləndirilir. Toplamda isə 42 bal edir. 3 bal isə dörd min sözdən ibarət olan esseyə görə verilir. Bu diplomu bitirən şagird maksimum 45 bal toplaya bilər. Minimum bal 24 baldır. Bu baldan aşağı toplayan şagird sertifikatla təmin olunacaq”.

Qeyd edək ki, bu diploma alan şagird yalnız bir imtahan verməklə diplomu almaqla yanaşı yığdığı bal üzrə istənilən xarici universitetə daxil olmaq hüququ qazanır.

 

Rafiq Qənbərov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı