Modern.az

Ölkə ərazisində temperatur yüksələcək

Ölkə ərazisində temperatur yüksələcək

Təhsil

13 Mart 2014, 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində günün ikinci yarısında yağıntı tədricən kəsiləcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti gözlənilir.

Normal hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı