“Martın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi Ermənistanın Azərbaycanda saxlanılan 7 vətəndaşına baş çəkib. Bunlardan 1-i hərbi əsir, 5 nəfəri isə mülki şəxsdir, bir ailənin üzvləridir. Vətəndaşlara öz ailələrinə məlumat göndərmək imkanı yaradılıb”.
Bunu Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüüseynova deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin qaydalarına görə, repitirasiya əməliyyatı şəxsin özünün qayıtmaq arzusunu bildirdiyi vaxt baş verir. Bundan başqa tərəflər də razılığa gəlməlidir. Yəni, bir tərəf qaytarmağa, digər tərəf isə qəbul etməyə razılaşmalıdır. Yalnız bu halda BQXK vasitəçi kimi çıxış edə bilər. BQXK bu sahədə tərəflərlə apardığı dialoq və saxlanılan şəxsin BQXK-ə danışığı zamanı verdiyi məlumat məxfi xarakter daşıdığına görə, biz bu barədə məlumatı mediaya təqdim etmirik”.Xatırladaq ki, erməni Arsen Xocayan martın 7-də Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini keçib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan sərhəddini keçən Mamiko Xocayan artıq erməni tərəfinə təhvil verilib.
Gülşən Raufqızı