Uzun müddətdir ki, səhhəti səbəbindən evdən çıxa bilməyən 87 yaşlı Söhrab Tahirdən xəbər var.
Belə ki, ağır insulin səbəbindən barmaqları amputasiya olunan qocaman xalq şairi artıq ev dustaqlığından azad olub. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz bildirib: “Ötən gün onunla birlikdə idik, bərabər şəhəri gəzdik. Söhrab Tahirin səhhətində müsbət istiqamətdə dəyişiliklər var. Hətta onu gənclərlə görüşdürmək planımız da var”.Qeyd edək ki, Güney ədəbiyyatı şöbəsi S. Tahirlə gənc yazarları Novruz bayramı ərəfəsində görüşdürəcək.
Elmin Nuri