Modern.az-ın məlumatına görə, martın 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rezidentura üzrə sektor müdiri Güllüzar Balacanova TQDK-nın rəsmi facebook səhifəsi (www.facebook.com/eTQDK) vasitəsilə baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbulla bağlı vətəndaşların suallarını cavablandıracaq. Rezidenturaya qəbulla bağlı hər hansı sualı olan vətəndaşlar qeyd olunmuş tarixədək öz suallarını rəsmi facebook səhifəsinə ünvanlaya bilərlər.
Misranə Həsənzadə