Modern.az

Fəthullah Gülən sığınmağa yeni ölkə axtarır

Fəthullah Gülən sığınmağa yeni ölkə axtarır

Təhsil

13 Mart 2014, 14:25


Türkiyənin uzun illərdir ABŞ-ın Pensilvaniya ştatında yaşayan tanınmış din adamı Fəthullah Gülənin qaytarma səyləri nəticə verməyə başladı. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın "mesaj alındı" ifadəsindən sonra Gülənin ABŞ İnterpoluna müraciət etdiyi ortaya çıxıb. Amma bu tələbə amerikalı səlahiyyətlilərin mənfi reaksiya verdiyi bildirilir. Bundan sonra təşvişə düşən Gülənin köməkçiləri ilə birlikdə Yeni Zelandiya hökumətinə siyasi səbəbləri əsas gətirərək sığınmaq istədiyi iddia olunur.

Yeni Zelandiyanın mənfi cavab vermə ehtimalını da düşünən Gülənin eyni anda Kanadaya sığınmaq istəyində olduğu da iddia edilir. Türkiyədə casusluq və vətənə xəyanət ittihamları ilə qarşı-qarşıya qala biləcəyi ifadə edilən Fəthullah Gülənin tələblərinin hələ nəticə vermədiyi söylənilir.

 

  Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı