Novruz bayramının yaxınlaşması ilə öz yaxınlarını itirən insanların qəbir ziyarətinə getməsi artıq ənənə halını alıb. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında dini baxımdan qəbirlərin ziyarət edilməsini müsbət bir əməl, savab iş kimi qiymətləndirib. “Bayram günlərində ailə üzvləri bir yerə toplaşır, itki daha çox hiss olunur. Hədislərdə də qeyd olunur ki, ölüləri ziyarət edin, axirətinizi yada salın. Eyni zamanda məhz bayram günlərində qəbirləri ziyarət etmək yaxşı bir haldır. Sadəcə, olaraq qəbirlərin üzərinə səməni, şəkərbura, paxlava qoyulmasının İslamla heç bir əlaqəsi yoxdur. Bu, dini adət-ənənə deyil. Din də bunun əleyhinə çıxır, şəriətdə belə bir hökm yoxdur. İnsanların bir birinə yaxınlaşması, dərdinə şərik olması yaxşı haldır. Lakin İslam dinində “qara bayram” anlayışı yoxdur”.
Gülşən Raufqızı