Modern.az

Jirinovski yenə sərsəmlədi: “Ukrayna 24 saata işğal edilməlidir”

 Jirinovski yenə sərsəmlədi: “Ukrayna 24 saata işğal edilməlidir”

Təhsil

13 Mart 2014, 15:00

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bu gün Dövlət Dumasında bəyan edib ki, Rusiya Federasiyası Ukraynanı 24 saata elə işğal etməlidir ki, heç kim heç nə başa düşməsin. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, deputat Rusiya xüsusi xidmət orqanlarının bütün ukraynalıların danışıqlarına qulaq asmasının vacibliyini bəyan edib: “Bizim xüsusi xidmət orqanları haradadır? Onlar görmürlər ki, Polşada, Litvada və Ukraynada döyüşçülər hazırlayırlar? Snouden telefon danışıqlarına gizli qulaq asılmasını bütün dünyaya açıqladı”.

V. Jirinovskinin fikrincə, Qərb Rusiya üçün 41-ci il hazırlayır: “Ona görə də Rusiya Krımda düzgün hərəkət edir. Ancaq təkcə Krımı yox, bütün Ukraynanı ələ keçirmək lazımdır, bunu 24 saat ərzində etmək lazımdır ki, heç kim heç nə başa düşməsin”.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı