Modern.az

“Russkaya Premiya”ya iddialı azəri yazıçı: “MKM-də ədalət görmədim”

“Russkaya Premiya”ya iddialı azəri yazıçı: “MKM-də ədalət görmədim”

Təhsil

13 Mart 2014, 15:27


“Təbii ki, nəticənin belə olacağını gözləyirdim. Çünki əsərlərimi göndərmişdim və bilirdim ki, onlar doğrudan da “Russkaya Premiya” ədəbi müsabiqəsində təmsil olunmağa layiqdir”. Bunu Modern.az-a yazıçı Natiq Rəsulzadə deyib. “Bir neçə il bundan qabaq mərhum Çingiz Aytmatov Bakıya gəlmişdi. O zaman həmin müsabiqəyə o, rəhbərlik edirdi. Ona dedim ki, sizin müsabiqəyə əsərimi göndərmişəm. Dedi ki, çox gözəl, ver oxuyum. Məqam idi, ona  kitabımı verdim. Kitabda “Ev” əsərim var idi. O əsər Azərbaycan dilində və bir çox dillərdə çıxıb. Ertəsi gün Çingiz Aytmatov mənə dedi ki, bu əsəri oxudum, çox gözəl əsərdir. Yəqin ki, siz birinci yeri alacaqsınız. Sonra tale elə gətirdi ki, bir neçə ay sonra Çingiz Aytmatov vəfat elədi. Mükafat bir müddət sədrsiz qaldı. Ona görə də ora göndərdiyim əsərlərə, başqa insanların əsərlərinə artıq o qədər də ciddi baxmadılar. Ancaq indi qayda-qanun bərpa olunub. Bu dəfə “Ev” romanını yox, başqa əsərləri göndərmişəm. Güman edirəm ki, bu müsabiqə bizim müsabiqələrdən qat-qat ədalətli olacaq. Çünki mən Milli Kitab Mükafatında iştirak eləmişdim. MKM-də o qədər fırıldaqlarla rastlaşdım ki, ikinci dəfə artıq ora müraciət eləmirəm. Amma güman ki, “Russkaya Premiya” mükafatı üçün müsabiqədə çalışanlar çox obyektiv və ədalətli oilacaqlar”.

Qeyd edək ki, Rusiyada keçirilən “Russkaya Premiya müsabiqəsinin “uzun siyahı”sı açıqlanıb. Natiq Rəsulzadə və “Poeziya” nominasiyasında şair Nicat Məmmədov həmin siyahıya düşüb. Onlardan başqa, “lonq list”də 14 ölkədən 35 yazıçı və şairin adı var.

 

  Misranə Həsənzadə  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı