Madridin “Atletiko” klubunun üzvü Arda Turandan qaçmaq üçün ulduz futbolçunun Türkiyəyə gəldiyi gün Bakıya gedən aktrisa Sinəm Kobal burada böyük maraqla qarşılanıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, stilist bir yoldaşının moda mağazasının açılışında iştirak edən gözəl oyunçu bir çox Azərbaycan firmasının səlahiyyətlilərindən reklam üzü olması üçün təklif alıb.
Bir kosmetika firmasının təklifinə "hə" deyən Sinəm Kobalın yaxında fotoşəkilləri ilə Azərbaycan küçələrini bəzəyəcəyi bildirilir.

Modern.az