“Ermənistan və Azərbaycan heç vaxt Qarabağ probleminin həllində razılıq əldə edə bilməyəcək. Ona görə də təklif edirəm ki, Qarabağı Rusiyanın tərkibinə qataq”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə sərsəm açıqlama ilə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib. O bildirib ki, Rusiya belə bir addım atarsa, ermənilər Kremldən inciməz. Jirinovski hesab edir ki, azərbaycanlılar da bu addımla barışmaq məcburiyyətində qalacaqlar. “Çünki bu yer Ermənistanda qalmayacaq, Rusiyanın tərkibinə veriləcək”-deyə partiya rəhbəri bildirib. Onun sözlərinə görə MDB məkanında yaşayan xalqlar istədikləri vaxt Rusiyanın tərkibinə qatıla bilərlər.
Modern.az