Modern.az

Komitə sədri: “Milli Tele-Radio Şurasının səlahiyyətlərini artırmağa hələlik ehtiyac yoxdur”

Komitə sədri: “Milli Tele-Radio Şurasının səlahiyyətlərini artırmağa hələlik ehtiyac yoxdur”

Təhsil

13 Mart 2014, 17:46


“Milli Tele-Radio Şurası “Ümid var” tipli verilişə etirazını bildirirsə, deməli, bunun özü səlahiyyətdir. Amma bu cür hallar təkrar olunarsa, ictimai problemə çevrilərsə, əlbəttə, Milli Məclis Şuranın səlahiyyətləri barədə düşünməlidir. Qısası, fikrim bundan ibarətdir ki, bu hal qınanır və günah edən televiziyalarımız bunu nəzərə almalıdır”. Bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov deyib. “Təbii ki, başqa tədbirlər görmək, “Televiziya və radio verilişləri haqqında” Qanunda dəyişikliklər etmək kimi məsələlər Milli Məclisdə müzakirəyə çıxa bilər. Əgər dərhal hansısa televiziyanın kəskin bir şəkildə cəzalandırsaq, başqa böyük bir problem meydana çıxa bilər. Buna görə də bir neçə dəfə televiziyalarda bədi şuraların yaradılması məsələsini gündəmə gətirdik. O zaman televiziyalar ya etiraz etdilər, ya da heç bir iş görməyən formal şuralar yaratdılar. Burda elə etməliyik ki, nə demokratiya pozulsun, nə də bu cür məsələlər qeyri-etik vəziyyətin alınmasına gətirib çıxarsın”.

Qeyd edək ki, ATV kanalında yayımlanan “Ümid var” verilişində qalmaqallı videonun yayılmasına MTRŞ sədri Nuşirəvan Məhərrəmli də münasibət bildirib. Onun sözlərinə görə, bu cür hallar zamanı televiziyanın və yaxud da verilişin dayandırılması MTRŞ-nın səlahiyyətində deyil. “Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Başqa ölkələrdə bu tip verilişlərlə bağlı qanunvericilik formasında Şuraya səlahiyyətlər verilir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur. Məsələn qonşu Türkiyədə və başqa ölkələrdə bu cür verilişlər varsa Teleradio Şuraları onları müəyyən müddətə bağlaya bilir. Amma bizim “Teleradio Yayımı haqqında” Qanunda bu yoxdur. Bu müddəa ilə bağlı dəfələrlə müvafiq instansiyalara təklif olunub. Təəssüflər olsun ki, hələ ki, bu təklif qəbul olunmayıb”.

 

  Namidə BİNGÖL    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı