Modern.az

Milli Şuranın sessiyası bayramdan sonraya qaldı

Milli Şuranın sessiyası bayramdan sonraya qaldı

Təhsil

13 Mart 2014, 18:01

Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında növbəti sessiya ilə bağlı qərarın verilməsi təxirə salınıb. Bunu Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib. O bildirib ki, Koordinasiya Mərkəzinin növbəti iclası martın 19-da olacaq: “Qərara gəldik ki, sessiya ilə bağlı qərarı Koordinasiya Mərkəzinin növbəti iclasında verilsin. Sessiya Novruz bayramından sonra olacaq”.  

Qeyd edək ki, bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib.

 

İlkin

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!