Modern.az

Əsgər hərbçi yoldaşını güllələyib

Əsgər hərbçi yoldaşını güllələyib

Təhsil

14 Mart 2014, 10:27
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib.

Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Modern.az

 

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...