Modern.az saytının xəbərinə görə, Şimali Kaliforniyada bir qrup vəkil, android əməliyyat sisteminə sahib ağıllı telefonlarda “Google Play Store”un ailələrin icazəsi olmadan uşaqlara ödəmə səlahiyyəti verdiyinə görə Google-u məhkəməyə verdi.
Google Play Store-da kredit kartı məlumatlarınızı verərək qeydiyyatda olduğunuzda parol istəməsinə baxmayaraq daha sonra bir başqa xidməti yükləmək istədikdə təkrar parol istəmir. Ödəmə avtomatik olaraq kredit kartından həyata keçirilir. Bu da uşaqların təsadüfi yükləmələri asanlıqla apara bilməsinə imkan verir.
Google hələki, kütləvi məhkəmə müraciətlə bağlı heç bir münasibət bildirməyib.
Modern.az