Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib
Türkiyə Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Ukrayna xarici işlər nazirliyi xəbər yayıb.
Xəbərə görə, Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunsko Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.
“Türkiyə Avropanın sərhədlərinin dəyişdirilməsinə qarşı çıxır. Bölgədəki böhranlar siyasi yolla həllini tapmalıdır. Krımdakı vəziyyət sülh danışıqları ilə yoluna qoyulmalıdır”, deyə Cəmil Çiçək bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Türkiyə üçün önəmli strateji tərəfdaşdır. /anspress/
Modern.az