Modern.az

Güney Azərbaycanda və İranda bu həftənin ictimayi–siyasi mənzərəsi

Güney Azərbaycanda və İranda bu həftənin ictimayi–siyasi mənzərəsi

Təhsil

15 Mart 2014, 12:07


Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı

Bu həftə Güney Azərbaycan və Iranda ictimai –siyasi durumu əsasən Tehrana səfər edən Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və il yarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşməsi İran rəsmilərinin etirazına səbəb olub.

Məlumata görə, Eşton Nərgiz Məhəmmədi və Gövhər Eşqi ilə martın 9-da Avstriyanın Tehrandakı səfirliyində görüşüb. Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə Eşton İranda qadınların durumu və insan hüquqlarının pozulması halları ilə maraqlanıb.

Görüşün Avstriya səfirliyində necə təşkil edildiyi bilinmir.
Eştonun qadın hüquq müdafiəçiləri ilə görüşündən sonra İran rəsmiləri bu hərəkəti kəskin pisləyiblər. İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Məsud Cəzayiri martın 10-da jurnalistlərə açıqlamasında görüşü məhkum edib: “Eştonun bu kimi şəxslərlə görüşü onun beynəlxalq diplomatiya qaydalarını pozması deməkdir. Bu həm də onların bizim daxili işlərimizə növbəti müdaxiləsinə bir zəmindir. Bunun qarşısı alınmalıdır. Yaxşısı budur ki, Eşton gedib Avropa Birliyindəki qadınların problemləri ilə məşğul olsun”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm martın 10-da jurnalistlərə açıqlamasında deyib ki, bu görüş rəsmi Tehranla koordinasiya edilməyib: “Eştonun bu hərəkəti xalqımızın Qərbə olan şübhəsini daha da artıracaq. Bu əməl İranla Avropa Birliyi münasibətlərinin yaxşılaşdırılmasına yardım etməyəcək”.


Bir sıra iranlı deputatlar, o sıradan Ruhullah Hüseyniyan, İsmayıl Kövsəri məsələyə münasibət bildirərək Eştonun iranlı hüquq müdafiəçiləri ilə görüşünü pisləyiblər.Bununla yanaşı İranın paytaxtı Tehranda bir qrup  Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissiyasının sədri Ketrin Eştonun ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirib. Avstriya səfirliyinin qarşısında baş tutan aksiyada  Eştona və ABŞ-a qarşı çıxışlar ediblər. Aksiyada üzərində “Bura Ukrayna deyil”, “Ayıb olsun Eştona”, “Amerika insan haqlarının ən qatı cinayətkarıdır” – şüarları yazılmış plakardlar nümayiş olunub. ”Bura bizim ölkədir. Eştonun deyil. Bizim təbəssümümüzdən istifadə edib özlərini arsız aparmamalıdırlar”.
“Burada Eştonun təhqirlərinə cavab vermək üçün toplaşmışıq. Onun insanları üsyana dəvət edən fəallarla görüşü İran xalqına qarşı təhqirdir” – deyə etirazçılar qeyd ediblər.

Bunun ardınca İran İslam Respublikası dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti martın 12-də Tehranda keçirilən bir tədbirdə BMT-nin baş katibi Pan Gi Munun bəyanatına münasibət bildirib.

Martın 11-də Pan Gi Mun BMT-nin İsan Hüquqları Şurasına hesabat verərkən İran prezidenti Həsən Ruhanini vətəndaşlara verdiyi vədləri yerinə yetirmədiyinə görə tənqid edib. O, həmçinin İranda edamların davam etdirilməsinə, söz və ifadə azadlığının məhdudlaşdırılmasına toxunaraq siyasi məhbusların, məhbus müstəqil vəkillərin və 3 ildən çoxdur ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi ilə Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

Əli Əkbər Vilayəti deyib ki, Pan Gi Mun indiyədək islam dünyasındakı problemləri, böhranları aradan qaldırmaq istiqamətində heç bir səmərəli iş görə bilməyib: “Mənim bildiyimə görə, Pan Gi Mun BMT yaranandan bəri bu qurumun ən zəif, ən gücsüz baş katibi sayılır. Onun heç bir özünəməxsus cəhəti yoxdur. O, Amerikanın əlaltısıdır. Pan Gi Mun tamamilə amerikalıların ixtiyarındadır. Amerikalılar BMT tribunasından nəsə demək istəyəndə Pan Gi Mundan istifadə edir, istədiklərini onun dilindən eşitdirirlər.

Pan Gi Mun bu günə qədər müstəqil şəxsiyyət olduğunu nümayiş etdirə bilməyib. Belə görünür ki, onun son bəyanatının arxasında da siyasi qərəzdən başqa heç nə yoxdur”.

Əli Əkbər Vilayəti 1981-97-ci illərdə İranın xarici işlər naziri olub.

Bu arda Amerika rəsmisi yenə İran hakimiyyətini əməkdaşlıqa dəvət edib. ABŞ dövlət katibi İranı 2007-ci ildə bu ölkədə yoxa çıxmış vətəndaşının tapılması üçün əməkdaşlıq etməyə çağırıb.

Con Kerri bununla bağlı yaydığı bəyanatında bildirib ki, Robert Levinsonun itkin düşməsindən 7 il keçir: “Bu baxımdan ABŞ hörmətlə İrandan onun tapılması üçün səy göstərməsini və R.Levinsonu tapmaq üçün ABŞ-a yardım göstərməsini istəyir”.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı olan R.Levinson 2006-cı ilin fevralında İranın Kiş adasında yoxa çıxıb və rəsmi Tehran onun durumundan məlumatsız olduğunu açıqlayıb. Məlumatlarda R.Levinsonun İran rəsmilərindən yığdığı məlumatları MKİ-yə ötürmək üçün casusluq etdiyi bildirilir. Hətta MKİ-nin onun ailəsinə iddia qaldırmaması üçün 5,2 milyon dollar ödədiyi qeyd edilir. Eyni zamanda MKİ-nin üç vəzifəli işçisinin bununla bağlı apardığı araşdırmalarında müvəffəqiyyətsiz olduqları üçün işdən çıxarıldıqları, 7 nəfərə də töhmət verildiyi vurğulanır. R.Levinsonun itkin düşməsindən bəri bir neçə fotoşəkil və bir videogörüntü yayılıb. ABŞ kəşfiyyat orqanları bu görüntülərə əsaslanaraq onun Əfqanıstan və ya Pakistanda ola biləcəyini açıqlayıblar.

Xatırladım ki,ABŞ rəsmisinin bu müraciətinə İran tərəfindən hər hansı bir açıqlama verilməyib və ABŞ prezidenti Barak Obama martın 12-də Konqresə məktub yazaraq İrana qarşı milli fövqəladə vəziyyətini daha bir il uzatdığını bildirib.

Obama məktubunda deyib ki, İranla ABŞ arasındakı böhran hələ də öz həllini tapmayıb: “İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında aparılan nüvə danışıqlarında müvəqqəti razılaşma əldə olunsa da, İran hökumətinin bölgədə yürütdüyü bəzi siyasət və hərəkətlər ABŞ maraqlarına ziddir. İranın bir sıra hərəkətləri ABŞ-ın milli təhlükəsizliyinə, iqtisadiyyatına və xarici siyasətinə qeyri-adi təhdid sayıldığına görə bu ölkəyə qarşı milli fövqəladə vəziyyət daha bir il uzadılır”.

Məlum olduqu kimi,son zamanlar beynəlxaq təziqlərin təsirindən İran hakimiyyəti nüvə fəaliyyətini dayndıracaqına razılıq verməsinə baxmayraq Rusiya İranda daha iki atom elektrik stansiyası inşa edəcək ."IRNA"-ın verdiyi xəbərə görə, İran Atom Təşkilatı ilə Rusiyanın "Rosatom" Dövlət Korporasiyası arasında yeni atom elektrik stansiyalarının inşası üçün ilkin razılıq əldə edilib.

İran Atom Təşkilatının sözçüsü Bəhruz Kamalvənd bu barədə rəsmi açıqlama verib. O, "Rosatom" ilə Buşehrdəki AES-in yaxınlığında 1000 meqavat-saat gücündə ən az iki AES-in inşası barədə ilkin razılıq əldə etdiklərini bildirib.

Tərəflərin ən qısa zamanda texniki və maliyyə şərtləri mövzusunda görüşəcəyi və müqavilə imzalanacağı vurğulanıb.

Yuxarıda qeyd olanları nəzərə alsaq görərik ki,sonzamanlar İranla qərb dövlətlərinin arasında aparılan danışıqların heç bir nəticəsi yoxdur və İran həldə qərb dövlətlərilə təhdid dililə danışmaq üstünlük verir və gizlicə öz məkirli siyasətini aparmaqdadır.

İran rejimi sadəcə bəzi avropa dövlətlərini aldadraq tətbiq olunan sanksoyları aradan qaldırmaq və dondurulmuş pullarının bir qismini ölkəyə qaytararaq rejimin ömrünü artırmaqa cəhd göstərir.

Yerli mənbələrimizin verdiyi məlumata əsasən İranda iqtisadi böhran hələdə davam edir.Xaricdə dondurulmuş pulların bir qismi irana qaytarılmaqına baxmayaraq ölkədə bütün shalərdə hələdə durğunluqdur və əhalinin güzəranının yaxşlaşması üçün dövlət tərəfindən hər hansı bir müsbət addım atılmayıb sadəcə olaraq rejim hakimiyyətin təhlükəsizliyini təmin etmək məqsədilə güc nazirliklərinə daha geniş imkanlar yaradır. Qərbi Azərbaycan Vilayətinin sənaye təsisatlarının 80 faizi böhranlı vəziyyətdədir. Bu barədə Qərbi Azərbaycan vilayətinin işçilər evinin katibi İslam Sidqi açıqlama verib.
O deyib ki, Qərbi Azərbaycanda 2450 sənaye müəssisəsindən yalnız 20 faizi rahat fəaliyyət göstərir və qalanı böhranlı vəziyyətdədir. Sidqi həmçinin bildirib ki, bəzi sənaye müəssisələri 9-12 aydır işçilərinə hüquq verə bilmir və məsullar həmin müəssisələri himayə etməlidirlər. O Qərbi Azərbaycan işçilərinin sayının 500 min nəfər olduğuna işarə edərək deyib ki, ölkənin iqtisadiyyatının hazırkı vəziyyətində işçilər ciddi zərbə görüblər.

 Ölkə boyunca edam hökmülrinin icrası günü gündən artmaqda davam edir.Qeyri Fars millətlərin milli fəalları rejim məmurları tərəfindən ciddi təqib və təziqlərə məruz qalırlar.İşsizliyin çoxalamsı cinayıtlərində artmasına gətirib çıxarıb.

Son məlumata görə, Tehranda iki nəfər azərbaycanlı milli-məddəni fəal təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Martın 9-da Mahmud Ocaqlu və Rüstəm Kazimpur öz iş yerlərində yaxalanıb və naməlum istiqamətə aparılıblar.
Hələlik onların harda saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Məmurlar milli-mədəni fəalları yaxaladıqdan sonra onların evinə müraciət edib və evdə axtarış aparıblar. Məlumata görə, axtarışdan sonra Rüstəm Kazimpura aid bir sıra şəxsi əşya zəbt olunub.
Bu arada Əhərdə Dünya Ana Dili Günü mərasimində tutulan azərbaycanlı fəal İbrahim Rəşidi bu şəhərin zindanından Təbriz zindanının karantin bölümünə köçürülüb. Fəal burada bir illik həbs müddətini çəkməli olacaq. İbrahim Rəşidinin Əhərdə zindanda olduğu müddət isə onun həbs müddəti kimi hesablanmayıb.
Qeyd edək ki, İbrahim Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə dəfələrlə rejimin təhlükəsizlik qüvvələri qüvvələri tərəfindən tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.Bunula yanaşı Ərdəbil Şəhər Ümumi Cəza Məhkəməsinin 101-ci şöbəsi Mehdi Üsuli Ələddini, Xaliq Əkbərpur, Tağı purisgəndəri, Əli Babayi, Mürtəza Pərvin, Babək Cavanşir və Nəsrullah Vəlizadəyə 91 gün həbs və 50 zərbə şallaq cəzası kəsib. Azərbaycanlı fəallar ictimai asayişi pozmaqda günahlandırılıb.
Qərar qəti olduğundan apelyasiya şikayəti vermək mümkün deyil, ancaq hələlik həbs cəzası 5 il müddətinə təxirə salınıb. Azərbaycanlı fəallar 2011-ci ilin sentyabrında İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Ərdəbil şəhərində keçirilmiş aksiyada iştirak etdiklərinə görə həbs olunublar.

Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsi azərbaycanlı fəallar Davud Əzimzadə və Bəhmən Xaliqi haqqında çıxarılan həbs qərarını təqdiqləyib.
Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsinin 12-ci şöbəsi Əli Əmininin sədrliyi ilə məhkəmənin qərarını qüvvədə saxlayıb. Bundan öncə Marağanın inqilab məhkəməsi Davud Əzimzadəni 1 il qəti və 1il şərti həmçinin Bəhmən Xaliqini 6 ay qəti və 6 ay şərti həbsə məhkum edib. Hər iki fəal haqqında şərti həbs qərarı üçün 5 il vaxt təyin edilib.
Fəallar ölkə təhlükəsizliyini pozmağa cəhd göstərən qrupda üzv olmaq kimi qondarma ittihamla suçlanıblar.
Həmin fəallar Marağada İranla işğalçı Ermənistanın əlaqələrinə qarşı keçirilən kütləvi etirazdan sonra təhlükəsizlik qüvvələri tərəfindən öz evlərində Marağa və Binab şəhərlərində yaxalanmışdılar.

Bu arada İnsan Haqları Toplumlarının Beynəlxaq Federasiyası xəstə vicdan məhbusların vəziyyəti ilə bağlı öz nigaranlığını bildirib. Federasiya öz açıpqlamasında bəyan edib ki, İranda səlahiyyətli məsullar məhbusların müalicəsinə maneçilik yaradırlar.
Həmin beynəlxalq təşkilatın rəisi Əbdulkərim Lahici deyib:
“İranda məsullar qəsdən xəstə məhbusların müalicəsinə mane olurlar. Onlar vicdan məhbuslarını iki dəfə cəzalandırırlar. Birinci dəfə onları qanunsuz bir şəkildə tutuqlamaqla, ikinci dəfə isə xəstə məhbusların müalicəsinə mane olmaq kimi bir dözülməz şərait yaratmaqla onların sağlamlığını təhlükə qarşısına qoyurlar.”
Açıqlamada bir neçə xəstə məhbusun adı da çəkilir.
Federasiya İran rəhbərliyindən bütün vicdan məhbuslarının azad edilməsini tələb edib və xəstə məhbuslatrın müalicəsinə şərait yaratmaqla beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bunlarla yanaşı İran rəsmiləıri Güney Azərbaycanın tarixi ərazilərində Şimali Kürdüstan yaratmaq məsələsini yenidən gündəmə gətirib. Güney Azərbaycanın Bukan şəhərinin icra hakimiyyətinin başçısı bildirib ki, Daxili İşlər Nazirliyi (DİN) Şimali Kürdistan Vilayətinin yaradılması məsələsinə baxır.
Həsən Abbasi “Sədaye Aşena” həftəlik dərgisinə deyib: “Son illərdə Bukanda çoxlu işlər görülüb. Hansıki keçmiş ilə müqayisə oluna bilməz! Əsasi işlərin görülməsi böyük gəlişmə ilə nəticələnib. Bu gəlişmə səbəb olub ki, hörmətli daxili işlər naziri, Bukan şəhərini hazırda yaradılmasına baxılan şimali Kürdistan vilayətinin mərkəzi kimi təqdim etsin”.
Lakin Həsən Abbasi sonra öz sözünü təkzib edib: “Mən heç vaxt şimali Kürdistan vilayətin yaradılması məsələsinə baxıldığını deməmişəm. Mən heç yerdə belə söz demədim. Mən ancaq 2 ay öncə hörmətli nazirin şimali kürdistan vilayətinin yaradılması məsələsinə baxıldığı barədə dediyini təkrar etmişəm”.
İcra hakimiyyətinin başçısı _nazir bu sözü harda dilə gətirib?!_ sualının cavabında deyib ki, bilmirəm, hər halda bir yerdə deyib da...! və məndə eşitmişəm”
Qeyd edək ki, şimali Kürdistan vilayətinin yaradılması bir müddət öncə Mahabadın millət vəkili Osman Əhmədi tərəfindən gündəmə gətirildi və ondan sonra bir çox kürd kökənli dövlət rəsmisi, həmçinin islam inqilabı keşikçilər korpusu (SEPAH) və Bəsic rəhbərliyi də bu layihə ilə razılaşdıqlarını və dəstəklədiklərini elan etdilər.
Qeyd edək ki, yaradılmasına çalışılan sözdə şimali Kürdistan vilayətinin Azərbaycanın tarixi torpaqlarında yaradılması nəzərdə tutulur. Bu bölgədə uzun illərdir kürd terrorçu qruplaşmaları fəaldir və şovinist İran rejimi də terroristlərin fəaliyyəti və iddiasına göz yumur və Onları dəstəkləyir.

Qərbi Azərbaycanda əhalinin etnik kimliyi araşdırılır

Urmiyə şəhərində İran polisinin Qərbi Azərbaycan komandanlığına məxsus tətbiqi araşdırmalar mərkəzinin elmi işçiləri qeyri-fars etnik qrupların təhlükəsizlik davranışları, habelə gənclərin etnik və milli kimliyinə dair sosioloji araşdırma aparır.

Yerli mənbələrimizin bildirdiyinə görə, ötən 6 ay ərzində vilayətin polis komandanlığında çalışan 68 araşdırmaçı və elmi işçi həmin sahələrdə fəaliyyət göstərib.

Qərbi Azərbaycan polisinin tətbiqi araşdırmalar mərkəzinin başqanı Qəhrəman Həqiqinin sözlərinə görə, qeyri-fars etnik qrupları idarə etmək, qloballaşma və qeyri-fars qruplar, habelə bu cəmiyyətlərin davamlı təhlükəsizlik üzərində təsiri ilə bağlı tədqiqatla yanaşı İran və qərb ölkələrində etnik azlıqların hüquqlarına dair müqayisəli araşdırmalar aparılır.

“Mərkəzin prioritetlərindən biri qeyri-fars etnik qrupların təhlükəsizlik davranışları üzərində futuristik araşdırmaların həyata keçirilməsidir.

İranda adətən qeyri-fars etnik qrupların sayı ilə bağlı rəsmi statistika yayılmır. LookLex ensiklopediyasına istinadən, Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhər əhalisinin 90 faizindən çoxu türk, qalanı isə kürd, aysor (Assyrian) və erməni icmalarından ibarətdir.

Qurumaqda olan Urmu gölü dövlət dəstəyi yerinə dövlət zərbəsi altında son nəfəslərini çəkir.
İran rejimi Urmu gölünü daha artıq qurutmaq istiqamətində daha bir səddə su toplamağa başlayıb. Məlumata görə, zola çay üzərində tikilən zola səddinə 12 milyon kubmetr su yığılacaq. Yeni səddin istifadəyə verilməsilə gölün tam qurumasının daha sürətlənəcəyi gözlənilir. Halbuki, bundan öncə Həsən Ruhani hökuməti Urmu gölü hövzəsində sədd tikib istifadəyə verməyin qadağan olduğunu bildirmişdi. Urmu gölünün qurtarılması üçün indiyə kimi heç bir əməli işin görülməməsi, eləcə də yeni səddin istifadəyə verilməsi Ruhani dövlətinin yalan danışdığı və Urmu gölünü qurtarmaq istəmədiyini açıq-aydın göstərməkdədir.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı