Martın 15-də səhər saatlarında Gürcüstandan Bakıya gəlmək istəyən “Böyük Birlik” təşkilatının rəhbəri Əsəd Əli oğlu Əliyev “Sınıq Körpü” sərhəd keçid məntəqəsində saxlanılıb.
Əsəd Əliyev dindirilmək üçün Qazax rayon Polis Şöbəsinə aparılıb.
“Böyük Birlik” təşkilatının rəhbəri 7 saata yaxın polis bölməsində saxlanılıb. Daha sonra Əsəd Əliyev Azərbaycandan Gürcüstana deportasiya edilib.
Qeyd edək ki, “Böyük Birlik” təşkilatının rəhbəri Əsəd Əliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Gürcüstana səfərləri zamanı əsas fəallıq göstərənlərdən biri olub. /musavat.com/