Türkiyənin Baş naziri RəcəbTayyip Ərdoğan Krım Tatarlarının lideri Mustafa Cəmil Krımoğluyla İzmirdə görüşüb.
Baş nazir Ərdoğan Türkiyənin Krım Tatarlarının yanında olacağını və onlara heç bir şəkildə zərər gəlməməsi üçün hər cür köməklik etməyə hazır olduğunu vurğuladı. R.T. Ərdoğan referendum nəticəsinin Türkiyə tərəfindən tanınmayacağına dair sabah rəsmi bir açıqlama veriləcəyini bildirdi.
Krımoğlu da öz növbəsində Türkiyənin yanlarında olmasının onlara böyük mənəvi dəstək verdiyini ifadə edərək, Krım Tatar Məclisini boykot çağırışına Krım Tatarlarının böyük ölçüdə əməl etdiklərini vurğuladı. Krımoğlu Rusiya tərəfinin "Krım Tatarlarının sıx yaşadığı yerlərdə səs vermə nisbətinin 70%-i keçdiyi" şərhinin isə həqiqətlə heç bir əlaqəsinin olmadığını söylədi.
Modern.az