Modern.az

Maştağada “Novruz” toplantısı-FOTOLAR

Maştağada “Novruz” toplantısı-FOTOLAR

Təhsil

17 Mart 2014, 09:56


Dünən 28 saylı Sabunçu seçki dairəsindən seçilmiş millət vəkili Eldar Quliyev Maştağa qəsəbəsində Novruz bayramı münasibətilə qəsəbə sakinlərinin iştirakı ilə yığıncaq keçirib. Modern.az-ın məlumatına görə, sakinlərlə görüşən deputat Novruz Bayramının tarixinə nəzər salıb, bu barədə geniş məlumat verib. Hətta SSR vaxtlarında belə bu bayramın yasaq edildiyini söyləyən deputat Bakı kəndlərinin bu milli bayramı hər zaman qeyd etdiyini diqqətə çatdırıb və buna görə Bakı kəndlərinin sakinlərinə təşəkkür edib. Deputat bildirib ki, bu gün Azərbaycanda Novruz Bayramının təntənəli şəkildə qeyd edilməsində və bayramla bağlı bütün keçmiş adət-ənənələrin qorunub saxlanılmasında Bakı kəndlərinin xüsusi rolu olub. Onlar bütün yasaqlara baxmayaraq öz milli adə-ənənəmizi qoruyub saxlayıblar.

E. Quliyev qarşıdan gələn bayram münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən qəsəbə sakinlərini təbrik edib, onlara əmin-amanlıq, xoş günlər, süfrələrinin daima ruzi-bərəkətli olmasını arzulayıb. Deputat bildirib ki, Azərbaycan Respublikası gündən-günə inkişaf edir: “Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə Prezidenti cənab İham Əliyevin hər zaman nəzarətindədir. Xalqın maddi rifahı zaman-zaman yaxşılaşır. Bildiyiniz kimi, biz hər həftə qəsəbə camaatı ilə görüşürük, onların sosial problemlərini həll etməyə çalışırıq. İki gündən sonra ilaxır çərşənbədir. Həmin günü qəsəbə camaatı, o cümlədən Nardaran, Maştağa, Bilgəh, Zabrat sakinləri ilə birlikdə görüşlərimiz olacaq, imkan daxilində sizlərin bayram süfrələrinizi rəngbərəng etmək üçün əlimizdən gələn köməyi edəcəyik”. Tədbirdə həmşinin qəsəbə sakinlərinin deputata ünvanladıqları müxtəlif tipli suallar cavablandırılıb, onlarda xoş bayram ovqatı yaradılıb.

Qeyd edək ki, bayram tədbirləri bu gün Bilgəhdə, günortadan sonra 1nömrəli İnternat məktəbində, 21 nömrəli uşaq evində keçiriləcək. Deputat bildirib ki, davamlı olaraq bayrama qədər tədbirlər keçirilıcık.

 

 

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı