Bakı metropolitenində köşklər sökülür. Artıq “Nefçilər”, “Gənclik”, “Xalqlar Dostluğu” stansiyalarında artıq bu proses başa çatıb.
Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər sökülməlidir. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yer təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq.
Qeyd edək ki, Bakı Metropolitenində ümumən 1194 ticarət obyekti sökülməlidir.
Gülşən Raufqızı