Modern.az

Araz Əlizadə: “Qərb Rusiyadan öncə hüququ çeynəyib tüpürdü”

Araz Əlizadə: “Qərb Rusiyadan öncə hüququ çeynəyib tüpürdü”

Təhsil

17 Mart 2014, 11:50


“Krım bundan sonra Rusiyanın səksən dördüncü regionu olacaq. Qərbin Rusiyanı beynəlxalq normaları pozmaqda ittiham etməsi isə anlaşılan deyil. Çünki beynəlxalq hüququ birinci Qərb dairələri özü pozdu”. Bunu Modern.az-a ASDP sədri Araz Əlizadə Krımdakı referendumun nəticələrini şərh edərkən deyib. O bildirib ki, ABŞ və NATO özü birinci növbədə BMT Təhlükəsizlik Şurasının qərarı olmadan İraqı bombardman etməklə və Kosovanın müstəqilliyini referendum keçirmədən belə tanımaqla beynəlxalq hüququ tapdaladı.

A. Əlizadənin sözlərinə görə, beynəlxalq hüquq Qərb dairələrinin siyasi ambisiyaları nəticəsində öz əhəmiyyətini itirib. “Bununla dünyada bir presedent hüququ yarandı. “Əgər sən etmisənsə, mənim də belə bir addım atmağa haqqım var” kimi bir paralel yaranır. Krımın Rusiyaya birləşməsi mənim üçün ağrılı oldu. Çünki mən uzun müddət Ukraynada qalmışam və oranı çox sevirəm”.

ASDP sədri Krımdakı referendumun Qarabağa tətbiq edilməsi təhlükəsi barədə də danışıb. O qeyd edib ki, dünyanın başı siyasi çaxnaşmalara qarışdığından Azərbaycan hərbi yolla işğal altındakı torpaqlarını azad etməlidir.

 

  Aqşin Kərimov  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı