Modern.az

“Ədəbiyyat qəzeti”nin baş redaktoru yoxlama ilə bağlı sorğuya cavabdan yayındı

“Ədəbiyyat qəzeti”nin baş redaktoru yoxlama ilə bağlı sorğuya cavabdan yayındı

Təhsil

17 Mart 2014, 12:49


“Hərə bizim redaksiyaya, mənim şəxsimə bir söz deyir, onu deyə bilmərəm. Başqa bir vaxtı bəlkə də danışarıq. Yəqin, bir xəbər olsa eşidərsiz”. Bunu Modern.az-a açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı deyib.

Qeyd edək ki, hazırda Azərbaycan Yazıçılar Birliyi “Ədəbiyyat qəzeti”ndə yoxlamalar aparır. Yoxlamanın nəticəsi təxminən on beş-iyirmi günə  açıqlanacaq.

“Ədəbiyyat qəzeti”nə aparılan yoxlamalarla bağlı müxtəlif məlumatlar yayılıb. Qəzetə ayrılan vəsaitin əməkdaşlar arasında bölüşdürülməsi məsələsində ciddi problemlərin olduğu söylənilir. Baş vermiş bu məsələlərə görə qəzetin baş redaktorunun işdən kənarlaşdırılacağı da qeyd edilir. Digər məlumatlara görə, artıq qəzetə təyin olunacaq yeni baş redaktorun adı da məlumdur. Bu sırada qəzetin bir neçə şöbə müdirinin adı hallanır. Məlumatda şanslılar arasında ən çox Adil Cəmilin adı çəkilir. Hətta bu məsələ ilə bağlı artıq Adil Cəmilin Yazıçılar Birliyi rəhbərliyi tərəfindən qəbul olunduğu da deyilir.

 

  Misranə Həsənzadə  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı