Modern.az

Bakı Ali Neft Məktəbində alman mühəndislərə sertifikatlar verilib

Bakı Ali  Neft Məktəbində alman mühəndislərə sertifikatlar verilib

Təhsil

17 Mart 2014, 14:21


Bakı Ali Neft Məktəbinin təklif etdiyi layihə “Şərqə Doğru” Proqramı çərçivəsində Alman Akademik Mübadilə Xidməti tərəfindən maliyyələşdirilmək üçün seçilib.

Modern.az-ın məlumatına görə, Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramının dəstəyi ilə Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 12 bakalavr, magistr və doktorant tələbələrlə yanaşı, 4 azərbaycanlı tələbə də iştirak edib. Bakı Qış Neft Məktəbi Mart 03-15, 2014 tarixlərində Bakı Ali Neft Məktəbində keçirilib. Layihə çərçivəsində tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçiblər. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə bərabər Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəki və  Quba regionuna səyahət edib, eyni zamandaMilli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası, Xalq Tətbiqi Sənəti Muzeyi vəAtəşgah məbədi ilə tanış olmuşlar. Həmçinin layihənin ilk günlərində Mart soyqırım qurbanlarını yad etmək üçün “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün proqram çərçivəsində Səngəçal Neft Terminalı,palçıq vulkanları, SOCAR Eko parkı və Qobustan təlim və tədris mərkəzi kimi əhəmiyyətli yerlərlə tanış olublar.

 

Mart ayının 14-də Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə proqramı uğurla tamamlanaraq, iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılıblar. Tədbirin qonaqları Almaniya Federativ Republikasının Azərbaycan Respublikasındakı səfirinin köməkçisiVofqanq Mössinger,DAAD Məlumat Mərkəzinin direktoru Nikola Uliş olub.     Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı