
Ermənistanda Türkiyə vətəndaşı qətlə yetirilib. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, martın 15-də yerli vaxtla saat 21:25-də “Gümrü” tibb mərkəzinə çoxsaylı bıçaq yaraları ilə gətirilən 54 yaşlı Türkiyə vətəndaşı Evlia Gümüştəkin orada dünyasını dəyişib. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin gün axşam radələrində Türkiyə vətəndaşına 24 yaşlı Maksim Bakoyan bıçaqla zərbələr endirib. Cinayəti törədən həbs olunub və ona qarşı cinayət işi qaldırılıb.
Modern.az