Modern.az

“Tariximizi yaxşı bilmək nə üçün lazımdır?” seminar-mühazirə

“Tariximizi yaxşı bilmək nə üçün lazımdır?” seminar-mühazirə

Təhsil

17 Mart 2014, 17:21


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Humanitar Araşdırmalar İctimai Birliyi “Azərbaycan tarixi - Azərbaycan gəncliyi” tarixi konteksdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində seminar-mühazirə təşkil olunub. Seminar-mühazirənin mövzusu “Tariximizi yaxşı bilmək nə üçün lazımdır?” adlanır.

Birliyin sədri filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı tədbirin məqsədindən, Azərbaycan dövlətçilik tarixinin dünəni və bu günü ilə bağlı gənclərə məlumatların verilməsi barədə danışıb. Sonra tarix elmlər doktoru , professor Solmaz Tohidi tariximizin öyrənilməsi mövzusunda nitq söyləyib. “Azərbaycan tarixinin uzun keçmişi var. Ərazi baxımından yalnız bu gün ki Şimali Azərbaycan deyil, eləcə də, Cənubi Azərbaycan torpaqları əsrlər boyu bizim olub. Azərbaycan tarixini biz ta qədim zamanlara gedib çıxan Heradotun “Tarix” əsərində rast gəlinib. Tariximizi uzun illər xarici səyyahların, tarixçilərin əsərlərindən öyrənmişik. Azərbaycanın ilk müasir tarixçisi Abbasqulu Ağa Bakıxanov olub. Sonrakı tariximiz bu və ya digər şəkildə yazılıb. Bu gün hesab edirəm ki , bədnam qonşularımızın yanında tariximizi yazmaqdan geri qalırıq”.

 

  Rafiq Qənbərov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı