Ukrayna Mərkəzi Seçki Komissiyası ilk prezidentliyə namizədi qeydiyyata alıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu, baş prokurorun keçmiş birinci müavini Renat Kuzmindir. O, qeydiyyat üçün lazım olan, eləcə də 2,5 milyon qrivna girov qoyması ilə bağlı sənədləri martın 14-də təqdim edib. Xatırladaq ki, növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.

Modern.az