Modern.az

Putin Krımı “müstəqil dövlət” kimi tanıdı

Putin Krımı “müstəqil dövlət” kimi tanıdı

Təhsil

17 Mart 2014, 23:32

Rusiya prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqda” fərman imzalayıb.

Modern.az “Azadlıq” radiosuna istinadən bildirir ki, Putinin fərmanında deyilir:

“Krım xalqlarının 2014-cü il martın 16-da keçirilmiş ümumkrım referendumunda ifadə etdikləri iradəni nəzərə alaraq, Krım Respublikası - Sevastopol onun tərkibində xüsusi statusa malikdir – suveren və müstəqil dövlət kimi tanınsın”.

Putin həm də çərşənbə axşamı Federasiya Şurasına müraciət edəcək ki, Krım Rusiya Federasiyasının tərkibinə qəbul edilsin.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!