Onun sözlərinə görə, tibbi-meteoroloji proqnozda da gün ərzində tez-tez güclü cənub-qərb küləyi və şimal-qərb küləklərinin bir-birini əvəz etməsinin gözlənildiyi qeyd olunub.
G.Məmmədova bildirib ki, yaxın 2-3 gün ərzində belə küləkli havanın davam edəcəyi gözlənilir və bu da meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər: “Gün ərzində paytaxtda güclü cənub-qərb küləyi əsirdi, indi isə güclü şimal-qərb küləyi əsir. Sabah güclü şimal-qərb küləyinin günün I yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı gözlənilir”. /apa.az/
Modern.az