Modern.az

Küləkli hava şəraiti davam edəcək

Küləkli hava şəraiti davam edəcək

Təhsil

18 Mart 2014, 13:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az- a verilən məlumata görə,  martın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 19-da bəzi cənub və qərb rayonlarında az yağıntı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.    

 

Modern.az 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı