Modern.az saytı xəbər verir ki, qafqaz islamçılarının aparıcı internet səhifəsinə əsasən çeçen döyüşçülərinin lideri Doku Umarov “şəhid olub”.
Bu məlumatı Çeçen mücahidlərinin saytı olan “kavkaz-center” yayıb. Amma sayt hadisəylə bağlı digər təfərrüatlara varmayıb.Qeyd edək ki, xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Özünü Qafqaz Əmirliyinin əmiri elan etmiş Doku Umarov ötən illər ərzində Rusiya ərazisində həyata keçirilən bir neçə ölümcül həmləyə görə məsuliyyəti öz üzərinə götürüb.
Modern.az