Modern.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətində akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsinin seçkilərin nəticələrinin açıqlanmasına həsr olunmuş ümumi yığıncaq baş tutub. Filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva AMEA Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Teymur Kərimli Əlyazmalar İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru seçiliblər.
Elmin Nuri