Modern.az

Masallıda yanan ailə başçısı reanimasiyadadır

Masallıda yanan ailə başçısı reanimasiyadadır

Təhsil

19 Mart 2014, 10:33

Masallı şəhərində 37 yaşlı Ramin Ələkbərova məxsus həyətyanı sahədəki 2 otaqlı köməkçi tikilidə baş verən partlayış zamanı xəsarət alan Ramin Ələkbərov, onun həyat yoldaşı, İlhamə Ələkbərova, qızı Təhminə Bakıda 5 saylı xəstəxananın Respublika Yanıq Mərkəzində  müalicəsini davam etdirir.

Mərkəzin müdiri Vüqar Ələkbərov Modern.az-a bildirib ki, ata Ramin Ələkbərov reanimasiyadadır: “Uşaqlardan biri - Gülsümün vəziyyəti yaxşı olduğundan xəstəxanada yatmadı. Ana və digər qız vəziyyətləri yaxşılaşdığından palatadadır. Onlar əməliyyatsız sağalacaq. Lakin atanın əməliyyat olunub-olunmayacağı vəziyyətindən asılıdır. Hələ ki bəlli deyil. Vəziyyəti o dərəcədə şiddətli olmasa da, orta ağırdır. Bir müddət gözləməli olacağıq”.

Həkim qaynatasının həyətində özünü yandıran Rahim Abdullayevin vəziyyətinə də aydınlıq gətirib: “R. Abdullayev əməliyyat olundu. Döş qəfəsinin üzrəində tam qat yanıqlar vardı, onlar təmizlənmişdi. Əməliyyat zamanı həmin bölgəyə dəri köçürüldü. Hazırda palatada müalicəsi davam edir. İnşallah, bir müddətdən sonra evinə qayıda biləcək”.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı