Modern.az

Azərbaycan Ordusunun daha bir əsgəri ölüb

Azərbaycan Ordusunun daha bir əsgəri ölüb

Təhsil

24 Mart 2014, 12:13


Azərbaycan Ordusu daha bir əsgərini itirib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.  Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. H.Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı