Modern.az

Misirdə 529 nəfərə edam cəzası verildi

Misirdə 529 nəfərə edam cəzası verildi

Təhsil

24 Mart 2014, 22:24

Modern.az saytı xəbər verir ki, Misirdə Müsəlman Qardaşları təşkilatının 529 üzvü edam cəzasına məhkum edildi.

Müsəlman Qardaşlar təşkilatının üzvlərinə yönəldilən ittihamlar arasında bir polisi öldürmək və polis bölməsinə hücum təşkil etmək kimi ittihamlar yer alıb.

Qeyd edək ki, məhkəmə hökmü yalnız iki iclasda qərara bağlanıb.

123 nəfər təqsirləndirilənin qatıldığı məhkəmə prosesində digər şübhəlilər iştirak etməyib.

16 nəfər isə məhkəmə tərəfindən günahsız hesab edilərək azad olunub.

Modern.az    

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!