Modern.az

Rus banklarının reytinqi düşdü

Rus banklarının reytinqi düşdü

Təhsil

24 Mart 2014, 22:31

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın 15 bankının reytinq üzrə proqnozunu "sabit"dən "mənfi"yə salıb. 

Bunların sırasında "Sberbank", "Rosselxozbank" (RSXB), "Alfa-bank", "Qazprombank" və "Vneşekonombank" da var. “Fitch” həmçinin Rusiyanın milli klirinq mərkəzinin, “Rosaqrolizinq”in və dövlət banklarının bir neçə törəmə qurumunun reytinqini aşağı salıb. 

Eyni zamanda, martın 21-də “Fitch” Rusiyanın öz reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib. Bu zaman Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına və biznes mühitinə potensial təsirinə əsaslanılıb. /anspress/

Modern.az      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı