Modern.az

Puyol Qalatasaraya gələ bilər

Puyol Qalatasaraya gələ bilər

Təhsil

25 Mart 2014, 03:09

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin Türkiyə üzrə təmsil haqlarına sahib  FIFA Meneceri Marko Kirdemir “Radyospor”-a verdiyi müsahibədə, "Puyolla Türkiyə mövzusunu danışdım. Barselonadan qəti olaraq ayrılacaq. Hal-hazırda bir neçə yerdən təklif var. Amma bilirsiniz ki, son dəqiqədə hər şey ola bilər. Türkiyədən yaxşı bir təklif olarsa, Puyol İstanbula gələ bilər.  Türkiyədə futbol oynamağa isti baxır. Ölkə çempionatı haqqında məlumatlıdır, onun üçün Türkiyə maraqlı bir ölkədir "deyib.

Qeyd edək ki, Puyola Monako və Milandan da təkliflər gəlməkdədir. Eyni zamanda təcrübəli oyunçuya ABŞ futbol çempionatının bir çox klublarıda maraq göstərir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı