Facebook tərəfindən açıqlanan illik hesabatda Zukerberqin ötən il şirkətdən yalnız simvolik olaraq 1 dollar maaş aldığı ortaya çıxıb.
Zukerberq aldığı maaş miqdarı mövzusunda 2011-ci ildə həyatını itirən Apple qurucusu Stiv Cobs ilə rəqabət edir.
Stiv Cobs da şirkətdə az qala heç pul almadan çalışırdı.
Bununla birlikdə Facebookun qurucusunun heç də pula ehtiyacı olduğunu deyə bilmərik. Çünki Zukerberq yalnız keçən il hissə satışından 3 milyard 300 milyon dollar qazanıb.
Nəzarətində olan 426 milyon Facebook hissəsi ilə onun sərvəti 27 milyard dollara yaxındır.
Modern.az