Modern.az

Türkiyədə seçki bitsə də, etirazlar davam edir

Türkiyədə seçki bitsə də, etirazlar davam edir

Təhsil

2 Aprel 2014, 02:23

Modern.az saytı xəbər verir ki, Türkiyədə bələdiyyə seçkiləri bitə də, Ankarada CHP ilə AKP  arasındakı çəkişmə davam edir.

CHP 12 min çivarında olan seçki qutusunun  246-da səhv sayıldığını iddia edərək MSK-ya şikayət edib.

Mövzuyla əlaqədar açıqlama verən CHP Ankara millət vəkili və partiyanın bələdiyyələrdən məsul sədr müavini Gökhan Günaydın, "MSK Ankaradakı səs fərqinin 32 min olaraq ifadə edib. Bizim etiraz etdiyimiz 246 seçki qutusunda isə 75 minə yaxın seçki bülleteni mövcud olub" deyə fikrini bildirib.

Eyni zamanda AKP-nin qalib namizədi Melih Gökçək də MSK-ya rəsmi olaraq şikayət edib. Onun fikrincə 10 minə yaxın ona verilmiş səs qeydə alınmayıb. Bu səslərdə hesablandığı zaman aradakı fərq 40 mindən çox olacaq iddiasıyla çıxış edib.

Əlavə olaraq Melih Gökçək prokurorluğa CHP haqda rəsmi olaraq şikayət edib.Səbəb kimi isə CHP-nin ölkədə xaos çıxarmağa çalışmaqda günahlandırıb. O bu məsələdə məsuliyyətin şəxsən K. Kılıçdaroğlu və Mənsur Yavaşın daşıdığını söyləyib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı