Modern.az

Tatarıstan prezidenti Putinə Krımla bağlı təkliflər təqdim edib

Tatarıstan prezidenti Putinə Krımla bağlı təkliflər təqdim edib

Təhsil

2 Aprel 2014, 02:58

Modern.az saytı xəbər verir ki, Tatarıstan prezidenti Rustam Minnihanov Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Krıma səfəri və Krımda yaşayan tatarlarla görüşmələrinin detallarını çatdırıb.

Rustam Minnihanov Krım Tatar fəalların Rusiya Federasiyasının Dövlət Başçısı ilə görüşmək, öz plan və fikirlərini paylaşmaq istədiyini bildirib.

Tatarıstan prezidenti həmçinin Putinə “təzyiqə məruz qalmış xalqların hüquqlarının qaytarılmasıyla bağlı” qanunun Krım Tatarlarını da əhatə etməsinin gərəkliliyini söyləyib. “Bu qanun Krım Tatarlarına ciddi mənəvi dəstək olacaqdır” deyə fikrini ifadə edib.

Minnihanov diqqət çəkdiyi digər mövzu da Krım Tatarların yaşadığı məskunlaşma yerləri idi. Onun fikrincə “ilk əvvəl məskunlaşdığı yerlər qanuniləşdirilməli, ikincisi bu bölgələrin infrastrukturu yenidən qurulmalı və proqramlar hazırlanmalıdır”.

Tatarıstan prezidenti bildirib ki, “bu mövzunu Krım hökumətindəki həmkarlarımızlada müzakirə etmişəm. Bu məsələdə də sizin dəstəyiniz lazımdır "deyə qeyd edib. 

Vladimir Putin isə öz növbəsində "mütləq bütün məsələlərin araşdırılması üçün təlimat verəcəyəm" deyə cavab verib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı