Modern.az

Şagirdlərimizin “Məktəbli kitabçası”nda ciddi xəta - FOTO

Şagirdlərimizin “Məktəbli kitabçası”nda ciddi xəta - FOTO

Təhsil

2 Aprel 2014, 10:09

Orta məktəb şagirdlərinin builki dərs ili müddətində istifadə etdikləri “Məktəbli kitabçası”nda (Gündəlik) ciddi səhvə yol verilib. Belə ki, “Gündəlik”lərdə Milli mətbuat günü - “ Əkinçi”nin yaranma tarixi 22 uyul əvəzinə iyun göstərilib.

Modern.az
saytının əməkdaşı “Məktəbli kitabçası”nda qarşısına çıxan nöqsanı araşdırmaq üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb. C.Valehov bununla bağlı bildirib ki, “Gündəlik”lərdəki səhvə ötən il onların nəşri zamanı yol verilib, artıq tədris ili də yekunlaşır.

“Çox güman ki, texniki bir xətadır. “l” hərfinin yerinə “n” hərfi düşüb. Düşünürəm ki, texniki səhvi böyütməyə ehtiyac yoxdur, yəqin ki “Məktəbli kitabçası”nın yenidən nəşrində onu aradan qaldıracaqlar”.


Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı