AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin növbəti Büro iclası keçirilib. İclas AMEA Geologiya və Coğrafiya institutlarında direktor seçkilərinə həsr olunub. Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov Geologiya İnstitutuna bu elmi müəssisənin Elmi Şurası adından direktor vəzifəsinə akademik Akif Əlizadənin, Coğrafiya İnstitutuna isə AMEA-nın müxbir üzvü Ramiz Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirib.
Modern.az-ın Akademiyanın mətbuat xidmətinə istinadən vediyi məlumata görə, gizli səsvermə yolu ilə institutlara direktor seçkiləri keçirilib. Səsverməyə əsasən Akif Əlizadə Geologiya İnstitutunun, Ramiz Məmmədov isə Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib.
Elmin Nuri